BANM-in rektoru Turizm Assosiasiyasının sədri ilə görüşüb

BANM-in rektoru Turizm Assosiasiyasının sədri ilə görüşüb Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov və assosiasiyanın Hindistan üzrə rəsmi nümayəndəliyinin rəhbəri Razeen Hasan ilə görüşüb.
Elm və təhsil
20 Dekabr , 2018 11:21
BANM-in rektoru Turizm Assosiasiyasının sədri ilə görüşüb

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov və assosiasiyanın Hindistan üzrə rəsmi nümayəndəliyinin rəhbəri Razeen Hasan ilə görüşüb.

BANM-dan “Report”a verilən məlumata görə, rektor bildirib ki, BANM-da hazırda xarici tələbələrin təhsil alması üçün bütün şərait var. Ali Məktəbin müasir tədris otaqları və laboratoriyaları, yataqxanası, kafeteriyası, idman kompleksi və s. dünya standartlarına tam cavab verir.

E.Qasımov həmçinin vurğulayıb ki, BANM-ın öz tələbələrini hər tədris ilinin sonu yerli və transmilli şirkətlərdə təcrübə proqramlarına cəlb etməsi onu ölkədə digər universitetlərdən fərqləndirən xüsusiyyətlərdən biridir.

AzTA-nın sədri Nahid Bağırov assosiasiyanın Hindistan ilə əlaqələrinin genişləndiyini və hindistanlıların Azərbaycana marağının böyük olduğunu bildirib. O qeyd edib ki, BANM-da tədrisin ingilis dilində və Avropa standartlarına uyğun tədrisi Hindistandan olan gənclərin BANM-da tədris ala bilməsi üçün ən vacib amillərdəndir.

Daha sonra Razeen Hasan iki ölkə arasında turizm və təhsil əlaqələrinin qurulmasına daim dəstək göstərdiyini bildirib. O qeyd edib ki, Hindistandan olan tələbələrin BANM-da təhsil alması üçün, eyni zamanda Ali Məktəbin Hindistanda keçirilən təhsil sərgilərində iştirakının təmin edilməsi üçün öz töhfəsini verə bilər.

Görüşdə tələbə mübadilə proqramları, müxtəlif təhsil sərgilərində iştirak və Ali Məktəbin MBA təhsilinin Hindistanda təbliği ilə bağlı müzakirələr edilib. Bu istiqamətdə görüləcək işlərin rəsmiləşdirilməsi üçün Ali Məktəblə AzTA-nın Hindistan üzrə rəsmi nümayəndəliyi ilə memorandum imzalanması qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi