Elmar Qasımov 700 bal toplayan abituriyentlərlə görüşüb

Elmar Qasımov 700 bal toplayan abituriyentlərlə görüşüb 700 bal toplayan 4 abituriyent BANM-i seçəcəklərini deyiblər
Elm və təhsil
15 May , 2017 12:15
Elmar Qasımov 700 bal toplayan abituriyentlərlə görüşüb
BANM

Bakı. 15 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə 700 bal toplamış dörd abituriyentlə görüşüb.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Səbayıl rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə, Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədov, 220 nömrəli tam orta məktəbin məzunu Xəlidə Əliyeva və İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən tam orta məktəbin məzunu Vahab Cəbrayılov BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcəklərini deyiblər. 

Görüşdə BANM-in professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

700 bal topladığına görə onları təbrik edən rektor vurğulayıb ki, Azərbaycanda bilikli gənclər məhz Ali Məktəbini seçir: "Yüksək bal toplayan tələbələr gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə də örnək olacaqlar. Qəbul imtahanlarının nəticələrinə görə ən yüksək bal toplayan abituriyentlər gələcəkdə ölkənin inkişafı üçün əlində olan bütün imkanlardan istifadə edəcək".

Gənclərin valideynləri Məhəbbət Əsədov, Aytən Baxışova, Günay Cəbrayılova və Aygün Tağıyeva səmimi qəbula və təbrikə görə BANM-in rektoruna minnətdarlığını bildiriblər.

Qeyd edək ki, I ixtisas qrupu üzrə keçirilən imtahanlarda 700 bal toplamış beş abituriyentin dördü BANM-i seçirlər. 

Son xəbərlər

Orphus sistemi