Elmar Məmmədyarov Azərbaycanda təhsil almış efiopiyalı tələbələrlə görüşüb

Elmar Məmmədyarov Azərbaycanda təhsil almış efiopiyalı tələbələrlə görüşüb Həmin tələbələrin hazırda Efiopiyanın müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını bildirilib
Elm və təhsil
8 Noyabr , 2017 22:26
Elmar Məmmədyarov Azərbaycanda təhsil almış efiopiyalı tələbələrlə görüşüb

Bakı. 8 noyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanda təhsil almış efiopiyalı tələbələrlə görüşüb.

“Report” xəbər verir ki, nazir təhsil sahəsinin Azərbaycan və Efiopiya arasında ikitərəfli humanitar münasibətlərdə xüsusi yer tutduğunu və bu sahədə tarixə söykənən ənənəvi əməkdaşlığın davam və inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib.

O həmçinin, Efiopiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə təhsil sahəsində əlaqələrin təşviqi üçün qarşılıqlı xoş niyyətin ifadə edildiyini bildirib.

Görüşdə məzunlar Azərbaycan və Efiopiya arasında dostluq körpüsünün əsasını qoyduqlarını bildirərək, müxtəlif dövrlərdə göstərilmiş kömək və dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür ediblər. Həmçinin Azərbaycanda təhsil almış tələbələrin hazırda Efiopiyanın müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını əlavə ediblər.

Son xəbərlər

Orphus sistemi