​Azərbaycanda elm adamları elmi attestasiyadan keçməli olacaqlar

​Azərbaycanda elm adamları elmi attestasiyadan keçməli olacaqlar "Elm və təhsil haqqında" yeni qanuna əsasən, elm adamları hər beş ildən bir elmi attestasiyadan keçməli olacaqlar
Elm və təhsil
25 Dekabr , 2014 13:15
​Azərbaycanda elm adamları elmi attestasiyadan keçməli olacaqlar

Bakı. 25 dekabr. REPORT.AZ/ "Elm və təhsil haqqında" yeni qanuna əsasən, elm adamları hər beş ildən bir elmi attestasiyadan keçməli olacaqlar. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Komitəsinin sədri, millətt vəkili Şəmsəddin Hacıyev, bu gün Milli Məclisdə “Elm və Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

“Elm adamlarının elmi səviyyəsini müəyyən etmək məqsədi ilə hər 5 ildən bir attestasiyadan keçməsi nəzərdə tutulur. Hər hansı bir şəxs attestasiyanın qərarından narazı olduğu təqdirdə, məhkəməyə müraciət edə bilər. Həmin şəxs və attestasiya qərarını dəyişmək ancaq məhkəmənin səlahiyyətinə aiddir”, - Ş.Hacıyev deyib.

Millət vəkili qeyd edib ki, “Elm haqqında” qanun Azərbaycanda elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir: “Layihədə, elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsasları da təsbit olunub. Qanun həm də hər bir Azərbaycan vətəndaşının elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir”.

Son xəbərlər

Orphus sistemi