Yuxarı

Məktəbin qarşısında Elina Hacıyevanın ölümü ilə əlaqədar anım mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB-2

Elina Hacıyevanın ölümü ilə əlaqədar anım mərasimi keçirilir
© Report/ Firi Salim

Səbail rayonu 162 nömrəli orta məktəbin qarşısında həmin məktəbin intihar edən şagirdi Elina Hacıyevanın xatirəsini anma mərasimi başa çatıb.

"Report"un xəbərinə görə, mərasimdə sadə insanlar, digər məktəblərdən gəlmiş bir neçə müəllim və şagird iştirak edib. 


*** 11:40

Fotolar əlavə olunub


*** 11:22

Səbail rayonu 162 saylı orta məktəbin qarşısında həmin məktəbin intihar edən şagirdi Elina Hacıyevanın ölümü ilə əlaqədar anım mərasimi keçirilir.

"Report"un xəbərinə görə, anım mərasimində sadə insanlar, digər məktəblərdən gəlmiş bir neçə müəllim və şagird iştirak edirlər.

Məktəbin həyətinin giriş hissəsinə gül dəstələri, oyuncaqlar və mərhum şagirdin fotoları düzülüb.

Hazırda anım mərasimi davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi