Yuxarı

Əliağa Şıxlinskiyə məxsus şəxsi eksponatlar nümayiş olunur

Milli Azərbaycan Tarixi Muzeyində “Artilleriya allahı”na aid 75 ədəd şəxsi material qorunub saxlanılır

Bakı. 23 fevral. REPORT.AZ/ “Artilleriya allahı” hesab olunan Ə.Şıxlinskinin şəxsi kolleksiyasından olan 10-dan çox eksponat Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasında nümayiş olunur. "Report" xəbər verir ki, bu barədə Muzeyin mətbuat xidməti məlumat yayıb.

Milli Azərbaycan Tarixi Muzeyində Ə.Şıxlinskiyə məxsus 75 ədəd şəxsi material qorunub saxlanılır. Ekspozisiya qapı lövhəsi, üzərində Georgi xaçı təsvir olunan şüşə press, mürəkkəb qabı dəsti, tozdan qorunmaq üçün eynək, şamdan, geyim (əlcək, kəmər, şinel, papaq, eynək), qulaq üçün aparat cihaz, yəhər üstü, xurcun və s.-dən ibarətdir.

Xatırladaq ki, Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini, Çar Rusiya ordusunda artilleriya generalı, sovet hərbi xadimi Ə.Şıxlinski 1883-cü ildən orduda xidmət edib, Rusiya-Yaponiya müharibəsində batareya komandiri olub, Port-Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılıb. Azərbaycan generallarının fəaliyyəti Azərbaycan hərb sənətinin inkişafında, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi