Əli Həsənovun əsərlərindən ibarət disklər AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim edilib

Əli Həsənovun əsərlərindən ibarət disklər AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim edilib Onlar arasında “Azərbaycanın geosiyasəti” və “Geosiyasət” əsərləri də var
Elm və təhsil
22 Noyabr , 2016 11:09
Əli Həsənovun əsərlərindən ibarət disklər AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim edilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, professor Əli Həsənovun əsərlərindən ibarət disklər AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim edilib.

Kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsidan “Report”a verilən məlumata görə, diskə “Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasəti” (o cümlədən türk və rus dillərində), “Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın xarici siyasəti” (o cümlədən rus dilində), “Azərbaycanın geosiyasəti” və “Geosiyasət” (o cümlədən türk və rus dillərində) əsərləri daxil edilib.

Digər diskə “Güney Kafkasya, Hazar-Karadeniz Havzaları ve Azerbaycan’ın Jeopolitiği”, “Hazar-Karadeniz Havzalarıyla Güney Kafkasya’ın Jeoekonomik karakteristiğe ve Azerbaycan’ın yeni petrol politikası”, “Güney Kafkasya’ın Askeri-Jeostratejik durumu ve Azerbaycan’ın güvenlik politikası”, “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri”, “Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasətinin əsasları” və “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” əsərləri daxildir.

Son xəbərlər

Orphus sistemi