Əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

Əlavə buraxılış imtahanının nəticələri açıqlanıb İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb
Elm və təhsil
18 Sentyabr , 2017 17:54
Əlavə buraxılış imtahanının nəticələri açıqlanıb
Report

Bakı. 18 sentyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 16-da keçirilən əlavə imtahanların nəticələrini elan edib.

DİM-dən "Report"a verilən məlumata görə, imtahanda iştirak edən şagirdlər imtahan nəticələrini DİM-in internet saytı vasitəsilə, həmçinin iş nömrələrini mobil operatorlarla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Şagirdlər Apellyasiya Komissiyasına 19 sentyabr tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apellyasiya Komissiyası DİM-in Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi