​Əkrəm Zeynallı: "İsveçrənin bütün ali məktəblərinə azərbaycanlı tələbələrə rast gəlmək olar"

​Əkrəm Zeynallı: "İsveçrənin bütün ali məktəblərinə azərbaycanlı tələbələrə rast gəlmək olar" "İsveçrədə yaşayan azərbaycanlıların təqribi sayı 2000 nəfərdir"
Elm və təhsil
25 May , 2016 04:54
​Əkrəm Zeynallı: İsveçrənin bütün ali məktəblərinə azərbaycanlı tələbələrə rast gəlmək olar

Bakı. 25 may. REPORT.AZ/ Praktiki olaraq İsveçrənin bütün ali təhsil müəssisələrində Azərbaycandan olan tələbələrə rast gəlmək olar.

"Report" xəbər verir ki, bunu yerli "Nasha Gazeta" nəşrinə müsahibəsində Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı bildirib.

"Düzünə qalsa, müvəqqəti və ya daimi əsasda İsveçrədə yaşayan azərbaycanlıların dəqiq sayını demək çətindir. Lakin bizim hesablamalarımıza görə, onların təqribi sayı 2000 nəfərdir. Bunun 200 nəfərdən çoxu tələbələrdir. Yarıdan çox tələbənin təhsil və yaşayışı 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı çərçivəsində maliyyələşdirilib. Proqram ötən il başa çatıb və böyük tələbatla əlaqədar olaraq onun davam etdirilməsi imkanları nəzərdən keçirilir. Praktiki olaraq İsveçrənin bütün ali təhsil müəssisələrində Azərbaycandan olan tələbələrə rast gəlmək olar", - deyə səfir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi