Yuxarı
    Bağlamaq

    Əhliman Əmiraslanov: "Hazırda Azərbaycanda insanların orta yaşı 75,2-yə çatıb"

    Onun sözlərinə görə, ulu babalarımızın daha çox yaşaması fikiri həqiqət deyil
    © Report/ Elchin Murad — Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov

    Bakı. 16 fevral. REPORT.AZ/ "Hazırda Azərbaycanda insanların orta yaşı artıb. Belə ki, əgər 1930-cu illərdə Azərbaycanda orta yaş 30,5 idisə, bu gün həmin rəqəm 75,2-yə çatıb".

    "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” mövzusunda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, ulu babalarımızın daha çox yaşaması fikri həqiqət deyil: "İnsanlar belə fikirləşirlər ki, ulu babalarımız daha çox yaşayıblar. Amma statistika bunun əksini göstərir. Bu gün inkişaf etmiş ölkələrdə orta yaş 80-ə yaxındır. Yaxın gələcəkdə dünyada insanların orta yaşının 90 olacağı gözlənilir".

    Ə.Əmiraslanov bildirib ki, dünya üzrə olan proqnozlara görə, hazırda doğulan hər 100 uşaqdan 3-nün 100 il yaşamaq şansı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi