Yuxarı

Əhliman Əmiraslanov: "Cəlal Əliyev Azərbaycan üçün xeyli işlər görüb"

Onun ölümü təkcə Azərbaycan elminə deyil, dünya elminə ağır itkidir

Bakı. 1 fevral. REPORT.AZ/ "Cəlal Əliyevin ölümü təkcə Azərbaycan elminə deyil, dünya elminə ağır itkidir". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

"Cəlal Əliyev ömrünün 62 ilini elmə həsr edib. Çoxsaylı tədqiqatlar aparıb. 1990-cı illərdə Milli Elmlər Akademiyasının başı üzərini qara buludlar almışdı. Cəlal Əliyev bu məsələdə mübarizə apardı. O dövrdə ciddi təhlükələrlə qarşılaşan akademik heç vaxt əyilməyib. O, Azərbaycan, vətən üçün xeyli işlər görüb", - Ə.Əmiraslanov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi