Ədliyyə Nazirliyinin Akademiyası ödənişli kurslara başlayıb

Ədliyyə Nazirliyinin Akademiyası ödənişli kurslara başlayıb Bakı. 4 mart. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası dövlət qulluğuna qəbul üzrə hazırlıq kursları təşkil etməyə başlayıb.
Elm və təhsil
4 Mart , 2019 15:35
Ədliyyə Nazirliyinin Akademiyası ödənişli kurslara başlayıb

Bakı. 4 mart. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası dövlət qulluğuna qəbul üzrə hazırlıq kursları təşkil etməyə başlayıb. 

Nazirlikdən "Report"a bildirilib ki, Akademiyada həyata keçirilən hazırlıq kurslarının təşkili ödənişli əsaslarla müəyyən olunub.

Belə ki, dövlət qulluğuna (BA və BB vəzifə qrupları üzrə), ədliyyə və məhkəmə orqanlarına qəbul olunmaq istəyən namizədlər üçün hazırlıq kursları təşkil edilib.

Kurslar hüququn müvafiq sahələri üzrə tədris proqramları əsasında Akademiya tərəfindən cəlb olunmuş təcrübəli təlimçilər tərəfindən aparılır.

Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı qeyd edilən telefon nömrəsi və e-mail vasitəsilə Akademiyaya müraciət edərək qeydiyyatdan keçə bilərlər:

Telefon: (012) 493-71-31 (103)

E-mail: [email protected]

Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158.

Son xəbərlər

Orphus sistemi