Əcnəbilər üçün Azərbaycan dili kursu açılacaq

Əcnəbilər üçün Azərbaycan dili kursu açılacaq İstifadəçilər üçün sayta giriş ödənişli olacaq
Elm və təhsil
17 Yanvar , 2015 09:21
Əcnəbilər üçün Azərbaycan dili kursu açılacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ Əcnəbilər üçün Azərbaycan dili kursunun layihəsi hazırlanıb. Bu barədə "Report"a Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri, layihənin rəhbəri Mayıl Əsgərov məlumat verib.

O bildirib ki, Akademiyada ənənəvi olaraq elmi-tədqiqat institutları üçün layihələr yarışı keçirilir: "Həmin yarışa təmsil etdiyim institut da qoşulub. Belə ki, işçi heyətimiz yarışa əcnəbilər üçün Azərbaycan dili kursu layihəsini təqdim edib. İrəli sürdüyümüz təklif qalib olsa və maliyyə vəsaiti ayrılsa, o zaman layihə gerçəkləşdirilə bilər. Layihənin hansı formada hazırlanacağı bilinməsə də, onun ya dərslik, ya da onlayn formada olması planlaşdırılır".
M.Əsgərov həmçinin qeyd edib ki, həmin kursdan yararlanmaq istəyən əcnəbilər üçün həmin sayta giriş ödənişli olacaq.

Son xəbərlər

Orphus sistemi