Əcnəbi şagirdlərin Azərbaycanın bölgələrinə ekskursiyaları təşkil olunub

Əcnəbi şagirdlərin Azərbaycanın bölgələrinə ekskursiyaları təşkil olunub Bakı. 5 fevral. REPORT.AZ/ Bakı məktəblərində təhsil alan əcnəbi şagirdlərin Azərbaycanın bölgələrinə ekskursiyaları təşkil olunub.
Elm və təhsil
5 Fevral , 2018 16:32
Əcnəbi şagirdlərin Azərbaycanın bölgələrinə ekskursiyaları təşkil olunub
Baku.edu.gov.az

Bakı. 5 fevral. REPORT.AZ/ Bakı məktəblərində təhsil alan əcnəbi şagirdlərin Azərbaycanın bölgələrinə ekskursiyaları təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, ekskursiyaların təşkil olunmasında əsas məqsəd Bakı məktəblərində oxuyan əcnəbi şagirdləri Azərbaycanın bölgələri, tarixi və mədəniyyət abidələri ilə əyani və yaxından tanış etmək, onların cəmiyyətə inteqrasiya olunmalarını təmin etməkdən ibarətdir.

“CB Travel” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən səfərdə paytaxt məktəblərində təhsillərini davam edən almaniyalı Viki Leoni Sofiya və Volf Kristina, slovakiyalı Çuda Zuzana və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iki nümayəndəsi iştirak edib. Üç gün davam edən səfərdə şagirdlər Xızı, Quba və Mingəçevirdə olublar.

İlk olaraq şagirdlər Xızı rayonunda Mikayıl Müşviqin ev muzeyini və Altıağac qoruğunu ziyarət ediblər. Daha sonra Quba və Mingəçevirin tarixi və görməli yerləri ilə tanış olub, Kür çayında gəmi gəzintisində olublar.

Azərbaycanın bölgələri ilə tanış olan əcnəbi şagirdlər bu ekskursiyaların onların dünyagörüşünün formalaşmasına və Azərbaycan haqqında daha dolğun məlumatlar əldə etmələrinə kömək etdiyini bildiriblər.

Qeyd edək ki, “Mədəniyyətlərarası Mübadilə Proqramları” çərçivəsində şagirdlərdən Viki Leoni Sofiya 82 nömrəli tam orta məktəbdə, Volf Kristina 252 nömrəli məktəb-liseydə, Çuda Zuzana isə 160 nömrəli Klassik Gimnaziyada təhsilini davam etdirir.

Son xəbərlər

Orphus sistemi