"Dünya palçıq vulkanları" atlası çap olunub

"Dünya palçıq vulkanları" atlası çap olunub "Atlas rus dilindədir"
Elm və təhsil
12 Avqust , 2015 19:45
Dünya palçıq vulkanları atlası çap olunub

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan alimlərinin ilk dəfə hazırladığı "Dünya palçıq vulkanları" atlası çap olunub. Bu barədə "Report"a AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev deyib.

O bildirib ki, çap olunan yeni atlas rus dilindədir: "Sentyabr ayında isə Azərbaycan və ingilis dilində olan versiyası çap olunacaq".

Professor bildirib ki, 5 ilə yaxındır atlas üzərində iş gedir: "Atlasda əsasən dünya palçıq vulkanları haqqında məlumat bankı tərtib edilib. Atlasda dünyanın 42 ölkəsində, eyni zamanda, Xəzər, Aralıq və Qara dənizin dərin zonalarında yerləşən palçıq vulkanları haqqında məlumatlar var. 320 səhifədən ibarət atlasda şəkillər, xəritələr, profillər, müxtəlif tektonik sxemlər və cədvəllər əsasında maraqlı məlumatlar əksini tapır. Ümumilikdə isə atlasda 2500 palçıq vulkanı haqqında məlumat var. Bunun 350-si palçıq vulkanlarının sayına görə ilk sırada olan Azərbaycan və Xəzərin Azərbaycan sektoruna aiddir".

Qeyd edək ki, Azərbaycanda ilk palçıq vulkanları atlası 1971-ci ildə çap olunub.

Son xəbərlər

Orphus sistemi