Yuxarı
    Bağlamaq

    ​Drezdendə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub

    Kitab tezliklə müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq

    Bakı. 1 iyul. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden filialının təşəbbüsü ilə “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının Almaniya ictimaiyyəti üçün təqdimatı keçirilib.

    Bu barədə "Report"a BBMM-in mətbuat xidmətindən məlumat verilib.

    BBMM-in Drezden filialının icraçı direktoru Dr.Birgit Vaysgerber deyib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Azərbaycan ədəbiyyatında “Kitabi-Dədə Qorqud” eposundan “Əli və Nino” romanına qədər olan dövrdəki multikulturalizm məqamlarını özündə əks etdirir. Filial rəhbəri bu kitabın tezliklə müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılacağını, yaxın zamanlarda “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından olan “Azərbaycan multikulturalizminin siyasi-hüquqi qaynaqları” və “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik” qaynaqları adlı kitabların da işiq üzü görəcəyini bildirib.

    Tədbirdə iştirak edən qonaqlar multikulturalizm siyasətinin bugünki şəraitdə Avropa və Almaniya ictimaiyyəti üçün zəruriliyini vurğulayaraq “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının alman dilinə də tərcümə olunmasının vacibliyini vurğulayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi