Yuxarı
    Bağlamaq

    Dövlət qulluğuna qəbulla bağlı test imtahanları mayın 22-dən başlayır

    Müsabiqə üzrə 2 849 namizəd qeydiyyatdan keçib

    Bakı. 18 may. REPORT.AZ/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası 31 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqə üzrə namizədlərin qeydə alınmasını başa çatdırıb. Komissiyadan "Report"a verilən məlumata görə, müsabiqə üzrə 2 849 namizəd qeydiyyatdan keçib.

    Ən çox namizəd qeydə alınan dövlət orqanları Kənd Təsərrüfatı Nazirliyi (956 nəfər), Dövlət Statistika Komitəsi (588 nəfər), Gənclər və İdman Nazirliyi (287 nəfər), Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (229 nəfər) və Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (108 nəfər) olub. Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi üzrə (2 vakant yerə ortalama 229 nəfər) qeydə alınıb.

    Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsi mayın 22-dən ilk olaraq Kənd Təsərrüfatı Nazirliyi üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin V təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin VI-VII təsnifatı üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi