Yuxarı

Dövlət qulluğuna qəbul imtahanında 1456 namizəddən 667-si uğur qazanıb

Dövlət qulluğuna qəbul imtahanında 1456 namizəddən 667-si uğur qazanıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirib.

DİM-dən “Report”a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 15 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən:

BA1 altqrupu üzrə – 1 nəfər;

BA2 altqrupu üzrə – 1 nəfər;

BA3 altqrupu üzrə – 21 nəfər;

BA4 altqrupu üzrə – 39 nəfər;

BB1 altqrupu üzrə – 124 nəfər;

BB2 altqrupu üzrə – 118 nəfər;

BB3 altqrupu üzrə – 173 nəfər;

BB4 altqrupu üzrə – 190 nəfər olmaqla, ümumilikdə 667 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi