Yuxarı
    Bağlamaq

    Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi qaydası təsdiq edilib

    Azərbaycan Prezidenti bununla bağlı fərman imzalayıb

    Bakı. 21 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

    "Report"un məlumatına görə, fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.4-cü bəndinə uyğun olaraq, müsahibə elanının formasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.5-ci bəndinə uyğun olaraq, inzibati vəzifələrin təsnifatı üzrə vakant vəzifələrin tutulmasının ümumi şərtlərini iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

    Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi