Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başlayıb

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başlayıb Müsabiqədə iştirak etmək üçün 6 585 nəfər qeydiyyatdan keçib
Elm və təhsil
23 Sentyabr , 2015 12:22
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başlayıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 55 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatına uyğun olan 693 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün avqustun 14-də elan edilən müsabiqənin test imtahanı mərhələsi bu gün keçirilir. Komissiyadan "Report"a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün 6 585 nəfər qeydiyyatdan keçib. Onlardan 5 112-ni gənclər təşkil edir. 

Xatırladaq ki, imtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Hər bir namizədə test imtahanını bitirdiyi an dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilir. Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilir.

Son xəbərlər

Orphus sistemi