Dövlət qulluğu üzrə ödənişli xidmətlər nə vaxtdan tətbiq olunacaq?

Dövlət qulluğu üzrə ödənişli xidmətlər nə vaxtdan tətbiq olunacaq? Tariflər 7 qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilib
Elm və təhsil
24 May , 2017 10:07
Dövlət qulluğu üzrə ödənişli xidmətlər nə vaxtdan tətbiq olunacaq?
Report

Bakı. 24 may. REPORT.AZ/ “Hələlik dövlət qulluğu üzrə imtahanların keçirilmə qaydaları ilə bağlı bütün normativ hüquqi sənədlər təsdiq olunmayıb”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

“Qaydalar təsdiq edildikdən sonra məlumat veriləcək”, - deyə, DİM-in cavabında qeyd olunub.

Qeyd edək ki, Tarif (Qiymət) Şurasının ötən gün keçirilən iclasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib. 

Belə ki, DİM-in müraciəti və təklifləri nəzərə alınmaqla dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən təsnifatlaşdırılmış 7 qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi