Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək Bakı. 30 mart. REPORT.AZ/ Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi ilə növbəti sınaq imtahanı* keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə aprelin 4 və 14-də keçiriləcək.
Elm və təhsil
30 Mart , 2018 09:57
Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək
Report/ Firi Salim

Bakı. 30 mart. REPORT.AZ/ Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi ilə növbəti sınaq imtahanı* keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə aprelin 4 və 14-də keçiriləcək.

Bu barədə "Report" Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, imtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 4 və 14 aprel tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

*Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək.

Son xəbərlər

Orphus sistemi