DİM dövlət orqanlarında vakant olan vəzifələrin tutulması üçün müsahibə elan edib

DİM dövlət orqanlarında vakant olan vəzifələrin tutulması üçün müsahibə elan edib Bakı. 28 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi 10 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verib.
Elm və təhsil
28 Fevral , 2019 12:40
DİM dövlət orqanlarında vakant olan vəzifələrin tutulması üçün müsahibə elan edib
Dövlət İmtahan Mərkəzi / Report

Bakı. 28 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi 10 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verib.

Mərkəzdən "Report"a verilən məlumata görə, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 11-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 18-i isə B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Əqli Mülkiyyət Agentliyində şöbə müdiri və şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun isə Dövlət Turizm Agentliyi və Əqli Mülkiyyət Agentliyində sektor müdiri vəzifələridir. Ümumilikdə isə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 3 vəzifə, Dövlət Statistika Komitəsində 7 vəzifə, Dövlət Turizm Agentliyində 2 vəzifə, Əqli Mülkiyyət Agentliyində 4 vəzifə, Mədəniyyət Nazirliyində 5 vəzifə, Təhsil Nazirliyində 2 vəzifə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 1 vəzifə, Gəncə Hərbi Məhkəməsində 1 vəzifə, Hesablama Palatasında 2 vəzifə, Masallı Rayon Məhkəməsində 2 vəzifə olmaqla 29 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə martın 30-u saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir. 

Son xəbərlər

Orphus sistemi