Dövlət orqanlarında 155 vakant vəzifə üzrə daxili müsahibələr elan edilib

Dövlət orqanlarında 155 vakant vəzifə üzrə daxili müsahibələr elan edilib Bakı. 6 mart. REPORT.AZ/ Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibələr elan edilib.
Elm və təhsil
6 Mart , 2018 17:19
Dövlət orqanlarında 155 vakant vəzifə üzrə daxili müsahibələr elan edilib
Report

Bakı. 6 mart. REPORT.AZ/ Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibələr elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Report”a bildirilib ki, 5 dövlət orqanı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (130 vakant vəzifə), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (2 vakant vəzifə), Müəllif Hüquqları Agentliyi (10 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyində (1 vakant vəzifə), ümumilikdə, 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib.

Vakant vəzifələr üzrə sənəd qəbulu martın 19-dək davam edəcək.

Qeyd edək ki, Maliyyə Nazirliyi (10 vakant vəzifə) və Tarif Şurasının Katibliyində (1 vakant vəzifə) olan vakant vəzifələr üzrə elan edilən daxili müsahibələrə sənəd qəbulu yekunlaşıb və müraciət edən dövlət qulluqçuları ilə müsahibələr yaxın günlərdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi