Yuxarı

Dövlət müşaviri: “Dilə olan məhəbbət Vətənə sevgi, bayrağa ehtiram, himnə hörmətdir”

Dövlət müşaviri: “Dilə olan məhəbbət Vətənə sevgi, bayrağa ehtiram, himnə hörmətdir” 1501
Kamal Abdulla: Azərbaycan dili dövlət dili olaraq ölkə ərazisində yaşayan bütün xalqların doğma dilidir”

Bakı. 21 fevral. REPORT.AZ/ Beynəlxalq Ana Dili Günü (21 fevral) münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və diniməsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin "Dilçiolmayanlar üçün dil dərsi" keçirilib.

Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, tədbirdə Musiqi Akademiyası, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, AMEA-nın müxtəlif institutlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan dilinin zənginliyindən, incəliyindən və geniş imkanlarından bəhs edən akademik dilimizin yayılma arenasının genişliyindən söz açıb: “Bu gün Azərbaycan dili dövlət dili olaraq Azərbaycan ərazisində yaşayan bütün xalqların doğma dilidir”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü işlərdən danışan dövlət müşaviri bildirib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili kimi tətbiqi, diplomatiya sahəsində işlənməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti ilə bağlıdır.

İnteraktiv formada səmimi şəraitdə keçən görüşdə akademik K.Abdullayev gənclərin çoxsaylı suallarını cavablandırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi