Dövlət İqtisad Universiteti ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü verəcək

Dövlət İqtisad Universiteti ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü verəcək UNEC-ə 600-dən yüksək bal toplayaraq qəbul olunan tələbələrin sayı 103 nəfərdir
Elm və təhsil
11 Sentyabr , 2015 17:24
Dövlət İqtisad Universiteti ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü verəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu il Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 600-dən yüksək bal toplayaraq qəbul olunan tələbələrin sayı 103 nəfərdir. Bu barədə "Report"a UNEC-dən məlumat verilib.

Bu rəqəm 2014-cü ildə 93, 2013-cü ildə isə 49 olub.

UNEC-ə yüksək bal toplayan tələbələrin əksəriyyəti (51 tələbə) universitetin Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olunub. Yeni yaranan bu məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilində aparılır və dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili, dünya iqtisadiyyatı və maliyyə ixtisaslarında isə magistr təhsili təşkil olunur. Dərsləri UNEC-in və dünyanın aparıcı universitetlərinin müəllimləri keçir.

Eyni zamanda, yüksək bal toplayan tələbələrin 36 nəfəri maliyyə fakültəsində təhsil alacaqlar.

Həmçinin, 600-dən yuxarı bal toplayan hər bir tələbəyə bir semestr boyunca universitet hesabına 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bundan başqa, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü veriləcək. Bunlar ödənişli, əyani və ya qiyabi təhsil alan tələbələr də ola bilər.

Son xəbərlər

Orphus sistemi