Dövlət İmtahan Mərkəzinin regional bölmələrindən birinin ünvanı dəyişdirilib

Dövlət İmtahan Mərkəzinin regional bölmələrindən birinin ünvanı dəyişdirilib Ağcabədi bölməsi Bərdə Regional Bölməsi kimi fəaliyyət göstərəcək
Elm və təhsil
29 Mart , 2017 11:56
Dövlət İmtahan Mərkəzinin regional bölmələrindən birinin ünvanı dəyişdirilib
Report

Bakı. 29 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Regional Bölmələrindən birinin ünvanı dəyişdirilib.

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurumun Ağcabədi şəhəri, F.Əlizadə küçəsi, 1 ünvanında yerləşən Regional Bölməsi Bərdə şəhəri, H.Əliyev prospekti, 88 ünvanına köçürülüb və bundan sonra Bərdə Regional Bölməsi kimi fəaliyyət göstərir. 

Bərdə Regional Bölməsinin fəaliyyət dairəsinə Bərdə, Yevlax, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Beyləqan, Zərdab, Laçın və Xocavənd rayonları daxildir. Orta ixtisas təhsili və ali təhsil müəssisələrinə ərizə qəbulu üçün yaradılan (bir qism abituriyentlər üçün) Sənəd Qəbulu Komissiyası da Bərdə Regional Bölməsində fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi