Dövlət İmtahan Mərkəzinin gələn il keçirəcəyi imtahanlarda iştirak edəcək nəzarətçilərin sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzinin gələn il keçirəcəyi imtahanlarda iştirak edəcək nəzarətçilərin sayı açıqlanıb Onlardan 1508 nəfəri test imtahanlarında ilk dəfə iştirak edəcək müəllimlərdir
Elm və təhsil
29 Dekabr , 2016 10:05
Dövlət İmtahan Mərkəzinin gələn il keçirəcəyi imtahanlarda iştirak edəcək nəzarətçilərin sayı açıqlanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) gələn il keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək şəxslər haqqında məlumatların “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminə daxil edilməsi prosesini yekunlaşdırıb.

Bu barədə “Report”a DİM-dən məlumat verilib.

Sistemə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarından və ölkənin 2076 orta təhsil müəssisələrindən 14817 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib. Onlardan 1508 nəfəri test imtahanlarında ilk dəfə iştirak edəcək müəllimlərdir.

Son xəbərlər

Orphus sistemi