Yuxarı
    Bağlamaq

    Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən yararlanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb - SİYAHI

    Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını “Şəxsi kabinet”dən və SMS-lə əldə etmək olar

    Bakı. 28 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən yararlanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb.

    DİM-dən “Report”a daxil olan məlumata görə, “Şəxsi kabinet”in hesabına lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. Bu sıraya ödəniş sistemlərinin veb portalları (Hökumət ödəniş portalı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ödəniş sistemi, GoldenPay, EasyPay, Mobile Payment Systems); ödəniş sistemlərinin özünəxidmət kioskları; poçt şöbələri və SMS vasitəsilə ödəniş daxildir.

    Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını “Şəxsi kabinet”dən və SMS-lə əldə etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi