Yuxarı

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının ilk iclası keçiriləcək

İclas sabah olacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Aprelin 21-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Direktorlar Şurasının ilk iclası keçiriləcək. Bu barədə “Report”a DİM-dən məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov təyin ediliblər.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Direktorlar Şurasının ictimai əsaslarla fəaliyyət göstərəcək üzvləri isə aşağıdakı tərkibdə təsdiq olunub:

- Kamil Aydazadə - Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor,

- Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil nazirinin müavini,

- Niyazi Hacıyev - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini, general-leytenant,

- Fariz İsmayılzadə - ADA Universitetinin prorektoru. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi