Dövlət İmtahan Mərkəzi mebellərin satınalınması üçün kotirovka sorğusu elan edib

Dövlət İmtahan Mərkəzi mebellərin satınalınması üçün kotirovka sorğusu elan edib Sorğuda iddiaçı kimi iştirak etmək istəyənlər öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etməlidirlər
Elm və təhsil
3 Fevral , 2017 10:08
Dövlət İmtahan Mərkəzi mebellərin satınalınması üçün kotirovka sorğusu elan edib

Bakı. 3 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi yerli istehsal mebel və inventarların satınalınması üçün kotirovka sorğusu elan edib. 

“Report”un məlumatına görə, kotirovka sorğusunda iştirak etmək istəyənlər fevralın 7-si saat 17:00-dək tələb olunan malların siyahısını M.Müşfiq, 1M ünvanından ala bilərlər.

Sorğuda iddiaçı kimi iştirak etmək istəyənlər öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Kotirovka sorğusunda iştirak etmək üçün yazılı müraciət;

- İddiaçının təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- İddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

İddiaçılar sorğuda iştirak etmək üçün sənədləri fevralın 13-ü saat 17:00-dək M.Müşfiq, 1M ünvanına təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi