Dövlət İmtahan Mərkəzi “etalon cavablar”ı saytda yerləşdirib

Dövlət İmtahan Mərkəzi “etalon cavablar”ı saytda yerləşdirib Azərbaycan və rus bölmələri üzrə qapalı tipli test tapşırıqları üzrə “etalon cavablar” ilə tanış olmaq olar
Elm və təhsil
4 İyul , 2017 18:09
Dövlət İmtahan Mərkəzi “etalon cavablar”ı saytda yerləşdirib

Bakı. 4 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi bu il martın 5-də Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsində istifadə olunmuş “sual kitabçaları”nı, həmçinin “cavab vərəqi” nümunəsini, “qiymətləndirmə meyarları”nı və qapalı tipli test tapşırıqları üzrə “etalon cavablar”ı mərkəzin saytında yerləşdirib.

Mərkəzdən "Report"a verilən məlumata görə, həmin buraxılış imtahanının I mərhələsinin (Azərbaycan və rus bölmələri, A, B, C, D variantları) “sual kitabçaları”, “cavab vərəqi” nümunəsi, açıq tipli tapşırıqlar üzrə “qiymətləndirmə meyarları” və qapalı tipli test tapşırıqları üzrə “etalon cavablar” ilə tanış olmaq olar.

Xatırladaq ki, ümumi orta təhsil bazasında buraxılış imtahanlarının birinci mərhələsi mart və aprel aylarında keçirilib. İmtahanın birinci mərhələsinin nəticələri may ayının sonlarından etibarən mərhələli şəkildə elan edilib. Hər bir imtahan iştirakçısı mərkəzin saytında özünə aid olan səhifədə imtahan nəticələri, “cavab vərəqi”nin ön və arxa üzünün qrafik təsviri, həmçinin açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdir.

Qeyd edək ki, birinci mərhələdə şagirdlərə ana dili (rus dili) fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla ümumilikdə 30 test tapşırığı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi