Yuxarı
    Bağlamaq

    Dövlət İdarəçilik Akademiyası və BMT İP arasında əməkdaşlıq haqqında saziş imzalanıb

    Layihənin əsas məqsədi dövlət idarəçiliyi sahəsində keyfiyyətli kadrların hazırlanmasıdır

    Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bu təhsil ocağı ilə BMT İnkişaf Proqramı (İP) arasında dövlət idarəçiliyi sahəsində təlimlərə dəstəyi əks etdirən saziş müqaviləsinin imzalanması mərasimi keçirilib.

    "Report" xəbər verir ki, imza mərasimimdən əvvəl çıxış edən Akademiyanın rektoru Urxan Ələkbərov layihənin əsas məqsədinin Azərbaycanın müəyyən uğurlar əldə etdiyi dövlət idarəçiliyi sahəsində keyfiyyətli kadrların hazırlanması olduğunu bildirib.

    O, həmçinin Azərbaycanın müəyyən məqsədlərə çatdığını və bunun "2015-2020-ci illər üzrə BMT-nin davamlı inkişaf məqsədləri"ndə əksini tapdığını vurğulayıb.

    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai xüsusilə inkişaf etməkdə olan ölkələr üçün effektiv dövlət idarəetməsinin əhəmiyyətini qeyd edib. O, həmçinin dövlət qulluqçularının xidmət səviyyələrinin artırılması üçün mərkəzlərinin yaradılmasının vacibliyini ön plana çəkib: "Bu yolla əhaliyə göstərilən xidmətlərin səviyyəsini və eyni zamanda əhalinin dövlət qulluqçularının güvənini yüksəltmək olar".

    Çıxışlardan sonra Q.İsakzai və U.Ələkbərov sazişi imzalayıblar.

    Xatırladaq ki, layihə çərçivəsində təqribən 500 nəfər dövlət idarəetməsi sahəsində treninq keçəcək. BMT İP, eləcə də Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Təlimlər Dövlət İdarəçilik Akademiyasının bazasında keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi