Nazir Mikayıl Cabbarov: "Dünənki sərəncam dövlət başçısının müəllim peşəsinə diqqətinin bariz nümunəsidir"

Nazir Mikayıl Cabbarov: "Dünənki sərəncam dövlət başçısının müəllim peşəsinə diqqətinin bariz nümunəsidir" Təhsil naziri mətbuat konfransı keçirib
Elm və təhsil
17 Yanvar , 2015 14:07
Nazir Mikayıl Cabbarov: Dünənki sərəncam dövlət başçısının müəllim peşəsinə diqqətinin bariz nümunəsidir

Bakı. 17 yanvar. REPORT.AZ/ “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncam dövlət başçısının müəllim peşəsinə diqqətinin bariz nümunəsidir”. “Report”un xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov keçirdiyi mətbuat konfransında deyib.

O xatırladıb ki, sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Sərəncamın dərs yükü norması və aylıq vəzifə maaşlarının artırılması ilə bağlı hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi