Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçən əsərlərin sayı açıqlanıb

Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçən əsərlərin sayı açıqlanıb Hesabat ili ərzində 342 müəllifin 543 əsəri qeydiyyatdan keçirilib
Elm və təhsil
16 Yanvar , 2017 20:10
Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçən əsərlərin sayı açıqlanıb

Bakı 16 yanvar. REPORT.AZ/ Müəllif Hüquqları Agentliyində əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2017-ci il yanvarın 1-dək 10887 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar “Elektron xidmət” bölməsi vasitəsi ilə 79 müəllifin 146 əsəri qeydiyyatdan keçirilib.

Bu barədə "Report"a agentlikdən məlumat verilib.

Bildirilib ki, hesabat ili ərzində 342 müəllifin 543 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 554 şəhadətnamə verilib, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 60 müraciəti əsasında 49 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 49 şəhadətnamə verilib.

Bununla yanaşı, hesabat ilində 3 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə dövlət büdcəsinə 3065 manat vəsait ödənilib.

Son xəbərlər

Orphus sistemi