Dövlət Agentliyində müəllif-hüquq məsələləri üzrə 1450-dən çox müraciət və sorğuya baxılıb

Dövlət Agentliyində müəllif-hüquq məsələləri üzrə 1450-dən çox müraciət və sorğuya baxılıb Dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 15 ekspert rəyi hazırlanıb
Elm və təhsil
16 Yanvar , 2017 20:51
Dövlət Agentliyində müəllif-hüquq məsələləri üzrə 1450-dən çox müraciət və sorğuya baxılıb

Bakı 16 yanvar. REPORT.AZ/ Müəllif Hüquqları Agentliyində ötən il müəlliflərin və digər hüquq sahiblərinin müəllif-hüquq məsələləri üzrə 1450-dən çox müraciət və sorğusuna baxılıb.

Agentlikdən "Report"a verilən məlumata görə, müraciət və sorğularda qaldırılan məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində kömək göstərilib, müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 30 məhkəmə iclasında iştirak edilib, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 15 ekspert rəyi hazırlanıb.

Hesabat dövründə vətəndaşlardan birbaşa 661 müraciət (onlardan 76-ı elektron qaydada), digər təşkilatlardan aidiyyəti üzrə baxılmaq üçün 4 müraciət (cəmi 665) daxil olub. Müraciətlərin 565-i müsbət, 3-ü qismən həll edilib, 79-na müvafiq izahat verilib, 14-ü əsassız sayılıb, 2-si baxılmaq üçün aidiyyəti təşkilata göndərilib, 2-si isə hazırda icradadır. Vətəndaşların müraciətlərinə baxılmasının nəticəsi barədə məlumat və bu sahədə görülən işlər haqqında qısa Arayış Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndərilib. 

Son xəbərlər

Orphus sistemi