Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edib.
"Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazir
Dəyişikliyə əsasən, "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nın "Siyasi elmlər" bölməsinə "Beynəlxalq münasibətlər" ixtisasından sonra "Davamlı inkişafın idarə edilməsi" ixtisası əlavə edilib.
Beləliklə, Təsnifatın "Siyasi elmlər" bölməsində ixtisasların sayı yeddi olub.