Yuxarı

Doktorantların dissertasiya mövzuları təsdiq edilib

Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub

Bakı. 26 yanvar. REPORT.AZ/ AMEA Yer, Aqrar, Biologiya və Tibb Elmləri, Naxçıvan və Gəncə Bölmələri üzrə doktorantların dissertasiya mövzuları təsdiq edilib. "Report" xəbər verir ki, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.

İclasda həmçinin Naxçıvan və Gəncə Bölmələrinin elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə doktorantların əyani (3 il) və qiyabi (4 il) təhsil üzrə qəbulu və onların dissertasiya mövzularının təsdiqi məsələsi müzakirə olunub.

Tədbirdə doktorantların dissertasiya mövzuları müzakirə edilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

AMEA prezidenti, akademik Akif Əlizadə dissertasiya mövzularının müasir dövrün tələblərinə uyğun seçilməsinin zəruriliyini qeyd edərək, cəmiyyət üçün mühüm aktuallıq kəsb edən mövzuların seçilməsinin vacibliyini bildirib. O, elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söhbət açıb.

Qeyd edək ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru hazırlığı üzrə 2014-cü il üçün 121 yer (o cümlədən 74 əyani, 47 qiyabi) müəyyən olunub. AMEA Yer Elmləri Bölməsinin elmi müəssisə və təşkilatlarına 8, Aqrar Elmlər Bölməsinə 6, Biologiya və Tibb Elmləri Bölməsinə 11, Naxçıvan və Gəncə Bölməsi üçünsə 2 yer ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi