Direktor vəzifəsinə təyinatla bağlı ərizə qəbulu davam edir

Direktor vəzifəsinə təyinatla bağlı ərizə qəbulu davam edir 600 vakant yerə 1 700 nəfər elektron ərizə ilə müraciət edib
Elm və təhsil
28 Mart , 2016 14:52
Direktor vəzifəsinə təyinatla bağlı ərizə qəbulu davam edir

Bakı. 28 mart. REPORT.AZ/ Məktəb direktorlarının işə qəbulu ilə bağlı elektron ərizələrin qeydiyyatı davam edir. Bu barədə "Report"a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundən məlumat verilib. 

Nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə təyin olunmaq üçün elektron ərizələrin qeydiyyatına martın 18-dən başlanılıb. Martın 28-nə qədər 600 vakant yerə 1 700 nəfər elektron ərizə ilə müraciət edib. Ərizələrin qəbulu martın 31-dək davam edəcək. Ərizəsi təsdiq olunmuş namizədlər üçün növbəti mərhələ aprel ayında baş tutacaq.

Yeni qaydalara əsasən, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək. Qeyd olunan göstəricilərə malik olan şəxslər müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər bu səhifəyə daxil olmalıdırlar.

Qeyd edək ki, "Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları"nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək "Uğur sertifikatı" əldə edən şəxslər müraciət edə bilərlər. "Uğur sertifikatı" olan şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər.

Son xəbərlər

Orphus sistemi