Təhsil Nazirliyi: Daha 28 məktəbə direktor təyin olunub

Təhsil Nazirliyi: Daha 28 məktəbə direktor təyin olunub Bakı. 1 mart. REPORT.AZ/ Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələrini açıqlayıb.
Elm və təhsil
1 Mart , 2019 17:21
Təhsil Nazirliyi: Daha 28 məktəbə direktor təyin olunub

Bakı. 1 mart. REPORT.AZ/ Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələrini açıqlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, 28 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Yeni direktorlar martın 4-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi