Yuxarı

Direktor: "Anti-milli qüvvələrə qarşı mübarizə bu gün də davam etməlidir"

Tofiq Hacıyev 2016-cı ildə II Bakı Türkoloji Qurultayının keçirilməsini də təklif edib

Bakı. 19 dekabr. REPORT.AZ/ "Sovet dövründəki anti-milli qüvvələrə qarşı mübarizə bu gün də davam etməlidir, çünki hələ də onların təcavüzü tükənməyib və bu gün də milli tariximizə zərbə vurmaqda davam edirlər". "Report" xəbər verir ki, bunu AMEA Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev Bakıda bu gün keçirilən Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin fəaliyyəti Azərbaycan yazılı ədəbiyyatı ilə bağlı mübahisəli məqamlara son qoyulmasında mühüm rol oynayıb: “Bu sahədə Dədə Qorqudla bağlı mübahisələrə diqqət çəkmək istəyirəm. Türkiyə qorqudşünasları deyirdilər ki, Dədə Qorqud XVI əsrdən o yana getmir. Ancaq Heydər Əliyev Dədə Qorqud kitabının 1300 illiyinin keçirilməsi ilə bağlı fərman verdi və bu yubiley keçirildi, bununla bağlı bir çox tədqiqatlar aparıldı, kitablar nəşr edildi. YUNESKO da bunu qəbul etdi və bununla da Azərbaycan yazılı ədəbiyyatının tarixinin VII əsrə gedib çıxdığı təsdiqini tapdı”.

T.Hacıyev çıxışı zamanı həmçinin 2016-cı ildə II Bakı Türkoloji Qurultayının keçirilməsini də təklif edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi