Direktor Şamaxı rəsədxanası ilə bağlı iddialara münasibət bildirib

Direktor Şamaxı rəsədxanası ilə bağlı iddialara münasibət bildirib Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının keçmiş aparıcı elmi işçisi Yanoş Məhərrəmov işdən çıxarıldığına görə yalan informasiya yaymaqla məşğuldur. Buna görə də onu məhkəməyə verəcəyik.
Elm və təhsil
23 İyul , 2018 14:07
Direktor Şamaxı rəsədxanası ilə bağlı iddialara münasibət bildirib
Report
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının keçmiş aparıcı elmi işçisi Yanoş Məhərrəmov işdən çıxarıldığına görə yalan informasiya yaymaqla məşğuldur. Buna görə də onu məhkəməyə verəcəyik".

Bu fikirləri “Report”a açıqlamasında Rəsədxananın direktoru Namiq Cəlilov Y.Məhərrəmovun “Şamaxı rəsədxanası əxlaqsızlıq yuvasına çevrilib” ittihamlarına cavab olaraq bildirib.

Direktor qeyd edib ki, onun əlində səsləndirdiyi fikirlərlə bağlı heç bir faktları ola bilməz: “Çünki səsləndirdiyi fikirlərin hamısı yalandır. Bu səbəbdən də o mütləq məhkəmə qarşısında cavab verəcək”.

N.Cəlilov əlavə edib ki, Rəsədxananın qonaq evlərindən əsasən Akademiyanın işçiləri və xaricdən gələn qonaqlar qalır: “Çox vaxt da həmin evlər boş olur. Qonaqlar da adətən yay aylarında gəlir”.

Qeyd edək ki, Yanoş Məhərrəmov mətbuata müashibəsində Şamaxı rəsədxanasının əxlaqsızlıq yuvasına çevrildiyini. həmçinin burada qadınların videgörüntüsünün çəkildiyini iddia edib.

Son xəbərlər

Orphus sistemi