Yuxarı
    Bağlamaq

    Direktor müavini: "Orfoqrafiya qaydaları layihəsinin ictimai müzakirəsinin vaxtı uzadılıb"

    İndiyə qədər Orfoqrafiya Komissiyası 214 təklif qəbul edib
    © Report/ Elshan Baba — Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli

    Bakı. 2 fevral. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu Orfoqrafiya qaydaları layihəsinin ictimai müzakirəsinin vaxtının uzadılmasına qərar verib".

    Bunu "Report"a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib.

    O bildirib ki, müzakirələrin vaxtı təxminən bir ay uzadılıb: "Fevralın sonu, martın əvvəlinədək müzakirlərin davam etməsi və mart ayında təkmilləşmiş variantın hazırlanması planlaşdırılır. Son variant hazır olandan sonra layihə təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcək".

    B.Məhərrəmli qeyd edib ki, müzakirələr davam etdiyi müddətdə təkliflər verilə bilər: "Təkliflərə açığıq, hələ müzakirələr gedir. İndiyə qədər komissiya 214 təklif qəbul edib. Bütün təkliflər qeydə alınır, hamısı nəzərə alınacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi