Yuxarı
    Bağlamaq

    Bakı məktəblərində direktor müavini olmaq istəyənlər üçün imtahan keçiriləcək

    İmtahandan uğurla keçən namizədlər III mərhələdə komissiya tərəfindən təşkil olunan müsahibədə iştirak edəcək

    Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı məktəblərində direktor müavini olmaq istəyənlər üçün imtahan keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumatda bildirilir.

    Ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün müsabiqə 3 mərhələdən ibarətdir. İmtahanda I mərhələdə (17-24 noyabr tarixlərində) bakuedu.az saytında qeydiyyatdan keçən və tələblərə uyğun olan namizədlər iştirak edə biləcəklər.

    Yanvarın 24-25-də baş tutacaq müsabiqənin II mərhələsində isə namizədlərə imtahan keçiriləcək. Baş tutacaq imtahan özlüyündə 2 mərhələdən ibarət olacaq. Direktor müavini vəzifəsi üzrə sənəd verən namizədlərə test imtahanı (30 sual) üçün 1 saat, onlara təqdim olunmuş mövzu üzrə esse yazmaq üçün 1 saat (ümumilikdə 2 saat) vaxt veriləcək.

    Laborantlıq üzrə qeydiyyatdan keçən namizədlərə isə test (30 sual) üçün 1 saat, onlara verilmiş mətnin çap edilməsi üçün 30 dəqiqə vaxt (ümumilikdə 1,5 saat) veriləcək.

    İmtahandan uğurla keçən namizədlər III mərhələdə komissiya tərəfindən təşkil olunan müsahibədə iştirak edəcək.

    Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi