Direktor: "Dünya əhalisinin 10 faizi yaşla əlaqəli xəstəliklərdən əziyyət çəkir"

Direktor: "Dünya əhalisinin 10 faizi yaşla əlaqəli xəstəliklərdən əziyyət çəkir" Dünya əhalisinin, təxminən, 10 faizi yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkir. Onkoloji və neyrodegenerativ xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır.
Elm və təhsil
17 İyul , 2019 11:42
Direktor: Dünya əhalisinin 10 faizi yaşla əlaqəli xəstəliklərdən əziyyət çəkir

"Dünya əhalisinin, təxminən, 10 faizi yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkir. Onkoloji və neyrodegenerativ xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır".

"Report" xəbər verir ki, bunu AMEA-nın Biofizika İnstitutunun direktoru Oktay Qasımov deyib.

O bildirib ki, bu çoxamilli xəstəliklərin yaratdığı tibii-sosial problemləri həll etmək üçün yeni innovativ, multidissiplinar yanaşmaların tətbiqinə böyük ehtiyac var.

O.Qasımov xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu qeyd edib: "Bu yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlər uğurlu nəticələr verir. Bu sistem sağlam insanları 80%-ə, ağciyər xərçəngi olan xəstələri isə 90%-ə qədər dəqiqliklə müayinə edə bilir".

İnstitut direktoru vurğulayıb ki, eyni xərçəng xəstəliyi bir və ya bir neçə mutasiyanın, yaxud müxtəlif genin zədələnməsi nəticəsində baş verə bilər: "Ona görə də hər bir xərçəng xəstəsində olan mutasiyalar təyin edilməli, buna cavab verən dərmanlar seçilməlidir. Fərdi təbabət istiqamətini inkişaf etdirmək üçün AMEA-nın Biofizika İnstitutunda hüceyrə texnologiyaları bazasının yaradılmasına ehtiyac var".    

Son xəbərlər

Orphus sistemi