Diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu dayandırılır

Diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu dayandırılır Bu barədə nazirlik qərar qəbul edib
Elm və təhsil
29 May , 2015 18:05
Diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu dayandırılır

Bakı. 29 may. REPORT.AZ/ Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu iyunun 15-dən dayandırılacaq. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Belə ki, iyunun 15-dən sentyabrın 1-dək sənədlər qəbul edilməyəcək. Bu müddətdə yalnız cari ilin iyul və oktyabr aylarında həqiqi hərbi xidmətdən tərxis olunan, dövlət proqramı çərçivəsində təhsil almaq üçün sənədlərini təqdim edən, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edən şəxslərin ərizələri qəbul olunur.

Son xəbərlər

Orphus sistemi