Dillər Universiteti işçi axtarır - SİYAHI

Dillər Universiteti işçi axtarır - SİYAHI Təhsil müəssisəsində bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdilib
Elm və təhsil
8 İyun , 2017 09:50
Dillər Universiteti işçi axtarır - SİYAHI

Bakı. 8 iyun. REPORT.AZ/ Аzərbаycаn Dillər Univеrsitеti (ADU) təhsil müəssisəsində bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib.

“Report”un məlumatına görə, müsаbiqədə iştirаk еtmək istəyənlər sənədlərini təhsil nazirinin 9 mart 2011-ci il tarixli, 400 nömrəli əmri ilə təsdiq edilmiş “Аli təhsil müəssisələrində kаfеdrа müdiri, dekan və dekan müavini vəzifələrinin tutulmаsı qаydаlаrınа”, həmçinin təhsil nazirinin 7 avqust 1996-cı il tarixli, 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” sənədin tələblərinə uyğun bu elan qəzеtdə dərc оlunduğu gündən 30 gün kеçənədək rektorun adına yazılan ərizə ilə birlikdə Bаkı, AZ1014, R.Bеhbudоv küçəsi, 134 ünvanına göndərə bilərlər.

Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazimi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

ADU-da bоş оlаn vəzifələr aşağıdakılardır:

1. İngilis dilinin üslubiyyatı kafedrası dosent -1 yer, müəllim- 2,5 yer

2. İngilis dilinin leksikologiyası kafedrası dosent - 2 yer

3. İngilis dilinin tərcüməsi kafedrası baş müəllim - 1 yer, müəllim -0,5 yer

4. Linqvokulturologiya kafedrası dosent - 1 yer, baş müəllim- 3 yer, müəllim- 1,5 yer

5. Linqvodidaktika kafedrası müəllim - 1 yer

6. II xarici dil kafedrası dosent - 1 yer, baş müəllim - 2 yer, muəllim - 1,5 yer

7. Fransız və italyan dillərinin tərcüməsi kafedrası dosent - 0,5 yer, baş müəllim - 1,5 yer

8. Alman dili kafedrası baş müəllim- 1 yer, müəllim - 0,5 yer

9. İspan dili kafedrası müəllim - 1 yer

10. Azərbaycan dili və ədəbiyyatı kafedrası dosent - 0,5 yer, müəllim - 1 yer

11. Regionşünaslıq kafedrası dosent -1 yer, baş müəllim - 1yer

12. Pedaqogika kafedrası desent - 1 yer

13. Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrası baş müəllim - 4 yer

14. Təlimdə innovasiyalar kafedrası müəllim - 0,5 yer

15. Psixologiya kafedrası baş müəllim - 1 yer

16. Sosial elmlər kafedrası baş müəllim - 1,5 yer.

Qeyd edək ki, iyunun 1-də Prezident İlham Əliyev Kamal Mehdi oğlu Abdullayevin (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu təyinata qədər Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2016-cı il dekabrın 22-dən ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilmişdi.

Son xəbərlər

Orphus sistemi