Dilçilik İnstitutunun “qaynar xətt”i yaxın günlərdə fəaliyyətə başlayacaq

Dilçilik İnstitutunun “qaynar xətt”i yaxın günlərdə fəaliyyətə başlayacaq “Televiziyalarda və mətbuatda müəyyən qüsurlara yol verilir”
Elm və təhsil
18 Noyabr , 2015 11:53
Dilçilik İnstitutunun “qaynar xətt”i yaxın günlərdə fəaliyyətə başlayacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ “Dilçilik İnstitutunda “qaynar xətt” yaradılıb. Həmin telefon xətti yaxın günlərdə rəsmi şəkildə istifadəyə veriləcək”. “Report”un xəbərinə görə, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev akademiyanın Rəyasət Heyətinin geniş iclasında çıxışı zamanı deyib.

T.Hacıyev bildirib ki, bəzi hallarda mətbuatda dil normasının pozulmasına imkan yaradılır: “Televiziyalarda və mətbuatda müəyyən qüsurlara yol verilir”.

Azərbaycan gənclərinin müxtəlif ölkələrin dillərini öyrənmələrini müsbət qiymətləndirən institut direkotru əlavə edib ki, əsas olan onların ilk növbədə ana dilini səlist bilmələridir: “Sovet dövründə ailələr uşaqları ən çox rus məktəblərinə göndərirdilər. Bu gün isə uşaqlar ingilis dilinə maraq göstərir”.

Son xəbərlər

Orphus sistemi