Dilçilik İnstitutunda "Qaynar xətt"in açılmamasının səbəbləri məlum olub

Dilçilik İnstitutunda "Qaynar xətt"in açılmamasının səbəbləri məlum olub "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi institutu lazımi texniki avadanlıqlarla təmin etmir"
Elm və təhsil
10 Fevral , 2016 16:20
Dilçilik İnstitutunda Qaynar xəttin açılmamasının səbəbləri məlum olub

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda istifadəyə verilməsi nəzərdə tutulan "Qaynar xətt"in açılmamasının səbəblər məlum olub. 

"Report" xəbər verir ki, akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Qaynar xətt"in açılmasına kömək etmir. 

O qeyd edib ki, Nəsimi adına Dilçilik İnstitutunda "Qaynar xətti"n istifadəyə verilməsini ləngidən əsas səbəb Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin institutu lazımi texniki avadanlıqlarla təmin etməməsidir.

T.Kərimlinin sözlərinə görə, "Qaynar xətt"in istifadəyə verilməsi 2014-cü il üçün nəzərdə tutulmuşdu: "Lakin məsələ hələ də öz həllini tapmayıb".

Son xəbərlər

Orphus sistemi