Yuxarı

Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

Möhsüm Nağısoylu: Heç bir ölkədə Gənclər günü Azərbaycandakı kimi yüksək səviyyədə qeyd edilmir

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Gənclər günü münasibətilə Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib. Bu barədə "Report"a institutun mətbuat xidmətinin rəhbəri məlumat verib.

İclası giriş sözü ilə açan institutun direktor əvəzi vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Möhsüm Nağısoylu bildirib ki, 20 ilə yaxındır 2 fevral tarixi ölkədə Gənclər günü kimi qyed edilir: "Heç bir ölkədə Gənclər günü Azərbaycandakı kimi, yüksək səviyyədə qeyd edilmir. Hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər günü kimi qeyd edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətçiliyin inkişafında, ölkənin beynəlxalq nüfuzunun daha da artmasında Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşür". 

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasını sədri filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov bu günün tarixindən bəhs edib.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasını sədr müavini dosent Təranə Şükürlü çıxış edərək qeyd edib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır: "Güc və qüvvətin, mübarizə və əzmin zirvədə olduğu bir dövrdür”. 

Sonra gənc alim Şəbnəm Həsənli vurğulayıb ki, bu gün həm də akademik Ağamusa Axundovun doğum günüdür. Ş.Həsənli A.Axundovun onun bu institututa gəlişi zamanı göstərdiyi qayğını xüsusilə vurğulayıb. Həmçinin professor Sayalı Sadıqova, dosentlər Teyyub Quliyev, Elçin İsmayılov və institutun direktor müavini Baba Məhərrəmli tədbirdə çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi